Ruben Vardanyan Rusiya vətəndaşı deyilmiş...

Ruben Vardanyan Rusiya vətəndaşı deyilmiş...

Artıq xəbər verildiyi kimi, sonradan kiminsə tapşırığı ilə Qarabağa göndərilən milyarder Ruben Vardanyan, bölgəni tərk edib aradan şıxmaq istəyərkən Azərbaycanın hakimiyyəti tərəfindən tutulub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın TV aparıcısı erməni əsilli (...anası ermənidir-A.B.) Tina Kandelaki “ürəkağrısıyla” bəyan edib.

Qeyd edək ki, bunu daha sonra Azərbaycan hakimiyyəti tərəfindən təsdiqlənib.

Sonradan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend də (...o vaxt ermənilər tərəfindən öldürülən jəhudilərdəndir-A.B.) RBC-yə tanınmamış Qarabağ respublikasını digər qaçqınlarla tərk etmək istəyərkən həbs olunduğunu bildirib.

Xatırladaq ki, Vardanyan, İrəvanda doğulub. Erməni milyarderidir. Yeri gəlmişkən, “Forbes” onun sərvətini bir milyard dollar səviyyəsində qiymətləndirir, nə isə...

Beləliklə, 2022-ci ilin sonunda Rusiya vətəndaşlığını tərk edən Vardanyan sərvətini artıqmaq məqsədi ilə Qarabağa-Xankəndinə üz tutmuşdu.

Sonradan Bakı çağırılmamış “qonağ”dan Azərbaycan ərazilərini tərk etməsini tələb etsə də, Vardanyan, Xankəndidə yaşamağa davam etdi və hətta Azərbaycanın ünvanına bəzi hədyanlar deməkdən də çəkinmədi.

Onu da xatırladaq ki, Vardaniyanın sosial şəbəkələrdəki son qeydləri keçən həftəyə təsadüf edir.

Belə görünür ki, onda o, nəyə iə ümidliymiş...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə