Türkiyə Texnologiya Komandası Vəqfi (T3) və Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı ilə təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı ''TEKNOFEST İzmir'' qapılarını ziyarətçilərin üzünə açdı.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu il üçüncü dəfə İzmirdə keçirilən TEKNOFEST festivalı Çiğli Hava Limanında başlayıb.
Oktyabrın 1-dək davam edəcək festival, Türkiyənin “milli texnologiya ekosistemində” rol oynayan nazirliklər, idarələr, dövlət və özəl sektor təşkilatları və media şirkətləri də daxil olmaqla 121 qurumun iştirakı ilə keçirilir.
Festival çərçivəsində ''Türk Yıldızları'', ''Bayraktar Akıncı'', ''Anka, Bayraktar TB2'', ''F-16 Solotürk'', ''Hürkuş'', ''S-70'' (Polad Qanadlar), ''BEL-429'' (Üzüm Salxımı), ''Paramotor'', ''Gyrokopter'', ''T-129'' Hücum Helikopteri maraqlı aviaşoular keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB