İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri “Nur-3” peykini uğurla orbitə çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın İnformasiya və Rabitə Texnologiyaları (İKT) naziri Eisa Zarepour bildirib.
Nazir qeyd edib ki, İran İnqilabı Keşikçiləri Korpusu “Nur-3” təsvir peykini 450 km yüksəklikdə orbitə çıxarıb.
İranın ilk hərbi peyki “Nur-1” 2020-ci ilin aprelində uğurla orbitə buraxılıb.
“Nur-2”peyki isə 2020-ci ilin mart ayında 6,7 km/s sürətlə 500 km yüksəkliyə 480 saniyəyə orbitə çıxarılıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB