Amerika Birləşmiş Ştatları İranı diplomatiyaya məkan açmaq üçün nüvə proqramı ilə bağlı “gərginliyi azaldan addımlar” atmağa çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin dərc etdiyi mətbuat şərhinə görə, departamentin sözçüsü Metyu Miller paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Tehran administrasiyasının Yaponiyanın İranla nüvə razılaşmasını canlandırmaq üçün yeni bir plan təqdim etməsi barədə bəyanatı ilə bağlı suala Miller, "Mənim bu xüsusi təşəbbüs haqqında məlumatım yoxdur. Əvvəllər də dediyimiz kimi, İranın heç vaxt nüvə silahına sahib olmamasının ən yaxşı yolunun diplomatiya olduğuna inanırıq. Bu barədə fikirlərimiz dəyişməyib" deyə cavab verib.
İranın nüvə proqramı ilə bağlı narahatlıqlara "diplomatiya" ilə cavab verəcəklərini ifadə edən Miller, "İran gərginliyi azaltmaq üçün addımlar atmalıdır" deyib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə