Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhsil müəssisələri ilə bağlı bütün ölkələrə diqqətəlayiq çağırış edib. SİA xəbər verir ki, ÜST-dən verilən açıqlamada bir çox ölkədə yeni tədris ilinin başladığı xatırladılıb və şagird, tələbələr üçün nikotinsiz və tütünsüz məktəb mühitinin yaradılması ilə bağlı tövsiyə verilib.

Bunlar məktəb ətraflarında nikotin və tütün məmulatlarının saxlanması və satışının qadağan edilməsi, bu məhsulların birbaşa və dolayı reklamının və təşviqinin qadağan edilməsi, tütün və nikotin sənayesi ilə sponsorluq əlaqələrinin qurulmaması kimi sadalanıb.

Qeyd olunub ki, tütün sənayesinin gəncləri amansız hədəfə alması elektron siqaretdən istifadənin artmasına səbəb olub və hər 10 siqaret istehlakçısından 9-u 18 yaşından əvvəl siqaret çəkməyə başlayıb. Açıqlamada sağlamlıqla bağlı xəbərdarlıqları olmayan elektron siqaretlərin və birdəfəlik siqaretlərin gənclər üçün münasib qiymətə edilməsinin yaratdığı risklərə də diqqət çəkilib.

Bəyanatda ÜST-nin Sağlamlığın Təşviqi Departamentinin direktoru Ruediger Krech deyib: "Biz gəncləri ölümcül ikinci əl tüstüsü və zəhərli elektron siqaret emissiyalarından, eləcə də bu məhsulların reklamından qorumalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə