Zelenski Şevçenkonu ştatdankənar müşavir təyin edib

Ukrayna prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, qərar Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. 2022-ci ilin fevralında o, İtaliyanın “Cenoa” klubundan ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə