Son bir həftə ərzində Rusiyada koronavirusa yoluxma halları 22,3 faiz artıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahının nümayəndələrinə istinadən yayıb.
“Son bir həftədə əhalinin hər 100 min nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 10,0 olub və əvvəlki həftə ilə müqayisədə 22,3 faiz artıb. Rusiya Federasiyasının 74 təsis qurumunda, o cümlədən 14 regionda, ölkə üzrə orta göstəricidən çox xəstələnmə qeydə alınıb”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Mənbənin məlumatına görə, son bir həftə ərzində Rusiyada 2328 nəfər koronavirusla xəstəxanaya yerləşdirilib. Bu, ötən həftə ilə müqayisədə 18 faiz çoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB