...Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarının miqyasını azaltmaqla yanaşı, Ukraynaya silah tədarükünü yavaşladacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu fərziyyə ilə “Financial Times” qəzetinin köşə yazarı Canan Qaneş çıxış edib.
Beləliklə, köşə yazarının fikrincə, Vaşinqtonun Tramp dövründə mövqeyinin belə dəyişməsi onun “Öncə Amerika” konsepsiyasına uyğun gəlir.
Qaneş xatırladıb ki, siyasətçi bu proqramı ilk prezidentlik dövründə də həyata keçirib. Qaneş hesab edir ki, bu, faktiki olaraq ABŞ-ın dünyadakı nüfuzunun azalmasına gətirib çıxaracaq ki, bu, yalnız Kiyevə kütləvi şəkildə silah tədarükü hesabına güclənib.
...Tramp prezident kimi “Ukraynanı boşaldmaq” üçün “ABŞ-ın beynəlxalq müqavilələrinə qarşı keçmiş təhdidlərini gücləndirəcək”. Bu həm NATO ilə münasibətlərə, həm də Ümumdünya Ticarət Təşkilatı ilə qarşılıqlı fəaliyyətə aid edilə bilər.
Bu da köşə yazarının fərziyyəsidir.
Gərək ki, yadınızda olar, bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişənin başlamasını ABŞ-da keçirilən seçkilərin nəticələrinin saxtalaşdırılması ilə əlaqələndirmişdi.
Onun fikrincə, seçkilər ədalətli keçsəydi, o, Cozef Baydenin yerinə prezident olardı. Bundan başqa, siyasətçi əlavə edib ki, prezidentliyi dövründə o, Putin və Çin prezidenti Si Tsinpinlə yaxın olmasa da, amma sıx əlaqə saxlayırmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB