...Primoryenin Mixaylovski rayonunun Qornoye kəndindəki 10 saylı islah koloniyasında cəza çəkən əlliyə yaxın qadın məhbus baş biti ilə mübarizə adı altında zorla keçəl qırxılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İctimai Monitorinq Komissiyasından bildirilib.
Beləliklə, İctimai Monitorinq Komitəsinin məlumatına görə, məhkumlara qarşı zorakılıq hadisələri sentyabrın 15 və 16-da baş verib. Saçlarının dibindən qırxılmasına imtina edən həmin qadınlar Federal Penitensiar Xidmət əməkdaşları tərəfindən döyülüb.
Sonradan şikayət yazan qadınları koloniya rəhbəri, guya onların intihara meyilli olduqlarını bildirən sənədə imza atmağa məcbur edib.
Məhkumların yaxınlarının dediyinə görə, onlar indi məhbus qadınlar həyatlarından qorxurlar.
Maraqlıdır ki, koloniyada yoxlama aparan hüquq müdafiəçiləri koloniyada baş biti əlaməti aşkar etməyiblər. Lakin bəzi qadınların bədənlərinin müxtəlif nayihələrində zorakılıq izləri qeydə alıblar.
O da maraqlıdır ki, koloniyanın rəhbəri İctimai Monitorinq Komitəsinin sorğusuna verdiyi rəsmi cavabda islah müəssisəsində baş biti epidemiyasının olmadığını təsdiqləyib.
...Lakin onun sözlərinə görə, “təcrid olunmuş aşkarlanma halları olub və bunun qarşısını almaq üçün saçlarını dibindən kədirilməsi, guya könüllü olaraq həyata keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB