Somali ilə Türkiyə arasındakı münasibətləri qiymətləndirilib

Somali ilə Türkiyə arasındakı münasibətləri qiymətləndirilib

Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyənin ölkəsinə etdiyi yardımdan məmnun olduqlarını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Somali Prezident Aparatından verilən bəyanata görə, prezident Həsən Şeyx Mahmud Türkiyənin Somalidəki səfiri İbrahim Mete Yağlı ilə görüşündə Türkiyə ilə Somali arasındakı münasibətlərə toxunub.

Türkiyənin Somaliyə etdiyi yardımdan məmnun olduqlarını bildirən Həsən Şeyx Mahmud iki ölkə arasında inkişaf və təhlükəsizlik sahələrində əlaqələrin artdığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Somaliyə səfərindən sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib.

Türkiyənin Afrikadakı ən böyük səfirliyi Somalidə inşa edilib.Bu ölkəyə humanitar və inkişaf yardımları davam edir.

İki ölkə arasında iqtisadi, təhlükəsizlik və mədəniyyət sahələrində də əlaqələr güclənir.

Bütün xəbərlər Facebook səhifəmizdə