Yelqava Dumasının “Rusiya Latviya İttifaqı” siyasi qüvvəsindən olan deputatı Andrey Paqor, yerli uşaq bağçalarından birində bir qızın rus dilində hər sözünə görə 10 dəfə çömbəlməyə məcbur edildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RT yayıb.
“Latviyadakı vəziyyəti təsəvvür edin: balaca qız uşaq bağçasına gəlir və başqa bir qıza rus dilində müraciət edir. Nəticədə müəllim onu hər danışılan rus sözünə görə digər uşaqların yanında 10 dəfə çömbəlməyə məcbur edir”
Bunu Paqor bildirib.
Deputat bunun uydurma kimi səsləndiyini, əslində isə bu hadisənin əslində məktəbəqədər təhsil müəssisələrindən birində baş verdiyini deyib. Artıq Latviya hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırma aparılmasına göstəriş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB