Demyan Kevorkyanın başqa cinayətləri də üzə çıxıb...

Kubanda animatorları öldürməkdə günahlandırılan keçmiş vaqnerit başqa bir qətldə də şübhəli bilinir
Demyan Kevorkyanın başqa cinayətləri də üzə çıxıb...

...İstintaq orqanları hesab edir ki, bu ilin may ayında ikili qətl işi üzrə həbs edilən Krasnodar diyarının sakini Demyan Kevorkyan 2013-cü ildə də daha bir qətl törədibmiş.

SİA-nın əldə etdiyi məlumata görə, koloniyadan “Vaqner” PMC sıralarına qoşulan Kevorkyan Ukraynadakı müharibədə iştirak etdikdən sonra azad edilib.

Beləliklə, istintaqın məlumatına görə, 2013-cü ildə Yeisk rayonunun Yasenskaya kəndində Kevorkyan tanışını öldürüb və meyiti sement qarışığı ilə örtüb meşə zolağında basdıraraq gizlədib.

Qeyd edək ki, əvvəllər bu cinayət məlum deyildi, bu barədə məlumat Kevorkyanın əlaqələr dairəsinin inkişafı zamanı ortaya çıxıb.

Hazırda mərhumun meyiti aşkar edilərək çıxarılıb, şəxsiyyəti müəyyənləşdirilir. Tezliklə Kevorkiana yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, 37 yaşlı tədbir agentliyinin sahibi Kirill Çubko və 19 yaşlı aparıcı Tatyana Mostyko aprelin sonunda yoxa çıxmışdılar.

Həmən vaxt yüzlərlə könüllü onların axtarışına çıxıb və bir neçə gün sonra Daxili İşlər Nazirliyinin Kuban Baş İdarəsi animatorların qətlində şübhəli bilinən şəxslərin tutulması barədə məlumat yayıb. Tutulanlar arasında 2016-cı ildə əcnəbi avtomobilin sürücüsünü qarət edərək öldürən cinayətkar qruplaşma təşkil etdiyinə görə 18 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilmiş Demyan Kevorkyan da var idi.

Koloniyada Kevorkyan “Vaqner” PMC-ə yazılaraq Ukraynanın işğalında iştirak etdikdən sonra azad edilmişdi.

Yeri gəlmişkən, 2023-cü ilin mart-avqust ayları ərzində Ukraynaya qarşı müharibədə iştirak etdiklərinə görə azad edilmiş “Vaqner” PMC-nin keçmiş muzdlu məhbusları Rusiyanın beş regionunda ən azı 11 qətl törədib, daha dörd nəfər isə zorlamanın qurbanı olub.

Onu da xatırladaq ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin öldürülməmişdən əvvəl, hələ iyun ayında Ukraynaya qarşı müharibədə iştirak etdikdən sonra 32 min keçmiş muzdlu məhbusun Rusiya ərazisinə qayıtdığını bildirmişdi.

Deməli, əsl “kino” hələ qabaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə