Putin və Rəisi arasında telefon danışığı olub

Putin və Rəisi arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Qarabağı müzakirə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, iki ölkə liderləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya dövlət başçısı ölkəsinin sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.

Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.

İran prezidenti İbrahim Rəisi ölkəsinin BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə