Rusiya prezidenti Vladimir Putinin sözçüsü Peskov jurnalistlər üçün keçirdiyi gündəlik brifinqin elə əvvəlində Ramzan Kadırovun oğlu Adəmin Quranı yandırmaqda şübhəli bilinən şəxsi döyməsi ilə bağlı ona sual verilməməsini tapşırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Peskova ünvanlanan “niyə şərh etməyəcəksən” sorğusuna, o sadəcə olaraq “istəmirəm” deyib.
Maraqlıdır ki, yaşanmış insidentlə bağlı bu məsələyə məsul olan hüquq-mühafizə orqanlarının rəhbərləri heç bir şərh verməyiblər.
...Nə Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, nə prokuror İqor Krasnov, nə İstintaq Komitəsindən Aleksandr Bastrıkin, nə də Federal Penitensiar Xidmət Aleksandr Kalaşnikov yaşananlara münasibət bildirməyiblər.
Qeyd edək ki, ruslara yer eləyən bu ərəfədə Putinin Bastrıkin və Krasnovun maaşlarının 5,5 faiz artırılması haqqında fərman imzalamasıdır.
Xatırladaq ki, sentyabrın 25-də Kadırov 15 yaşlı oğlunun şübhəli kimi tutulan Nikita Juraveli döyməsinin videosunu yayıb.
Ondan əvvəl avqustun ortalarında Juravel döyüldüyünü söyləmişdi. Maraqlıdır ki, bu Kadırovun oğlunun hərəkətlərini düzgün hesab etdiklərini bildirən çeçen rəsmiləri tərəfindən təsdiqlənmişdi.
Bu arada İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova videonun yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB