Göndərin, onsuz da, hamısını yandıracağıq...

Peskov Amerikanın “Abrams” tanklarının Kiyevə tədarükündən danışıb
Göndərin, onsuz da, hamısını yandıracağıq...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın ilk partiyasını aldığı Amerikanın “Abrams” tanklarını qiymətləndirib(?).

SİA-nın əldə etdiyi məlumata görə, o bu, tankların ciddi silah olduğunu da etiraf edib.

Amma bununla yanaşı, Kremlin rəsmi nümayəndəsi “Abrams” tankları üçün birmənalı sonluq olacağını da bildirib.

“...Prezident Putinin başqa ölkədə istehsal olunan digər tanklar haqqında onların əziz ruhları üçün yandırdıqlarını necə dediyini xatırlayırsınız? Bəli, bunlar da elə yanacaq”.

Peskov bunu jurnalistlərə bildirib.

Yeri gəlmişkən, müharibədən, oddan-alovdan uzaq olan Peskov, belə görünür ki, döyüş silahlarından çox yaxşı baş açırmış(?).

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukraynaya ötürülən “Abrams” tanklarını Pentaqon “güclü bir maneə” kimi səciyyələndirmişdi.

Bununla birlikdə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov Amerikanın “Abrams” tanklarına dəyər verərkən, onların döyüş meydanında uzun sürməyəcəyini, lakin çox konkret, yaxşı hazırlanmış əməliyyatlarda istifadə edilməli olunacağını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə