Jukov yox, yox... Roqozin xüsusi əməliyyat zonasına gəlir

Jukov yox, yox... Roqozin xüsusi əməliyyat zonasına gəlir

...Roskosmosun keçmiş rəhbəri, “Çar canavarları” hərbi-texniki mərkəzinin rəhbəri, eləcə də Zaporojye vilayətindən olan senator (?) Dmitri Roqozin xüsusi əməliyyat zonasına qayıtmaq planlarını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yaxın günlərdə xüsusi əməliyyat zonasına qayıdacağını bildirib.

O, vaxtının çox hissəsini döyüş təmas xəttinin yaxınlığında keçirmək niyyətində olduğunu da bəyan edib.

Roqozin yeni vəzifəsindəki prioritetləri sırasında Zaporojye vilayətinin tezliklə azad edilməsinə və onun təşkilinə yardım göstərəcəyini də qeyd edib.

Xatırladaq ki, Roqozin sentyabrın 23-də Zaporojye vilayətindən senator təyin edilib.

Onu da xatırladaq ki, 2022-ci ilin sonunda Donetskdə atışma zamanı o, beyin silkələnməsi və qəlpə yarası almışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə