''İsveçi NATO-ya qəbul etmək üçün tələsmək lazım deyil''

''İsveçi NATO-ya qəbul etmək üçün tələsmək lazım deyil''

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil.

Macarıstan parlamentində çıxış edən Viktor Orban, “İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur” deyib.

Macarıstan iyun ayında İsveçin NATO-ya üzvlüyünü təsdiqləməklə bağlı sessiyasının payıza qədər təxirə salındığını elan etmişdi.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və İsveç onilliklər boyu davam edən “hərbi neytrallıq” siyasətinə son qoymuşdu.

İki ölkə NATO-ya üzv olmaq üçün ötən ilin mayında müraciət etmişdi.
Xatırladaq ki, bu ilin aprelində Finlandiya NATO-ya üzv olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə