Meksikada sərnişin təyyarələri toqquşub

Meksikada sərnişin təyyarələri toqquşub

Meksikanın Duranqo əyalətində iki şəxsi sərnişin təyyarəsi toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb.

Səlahiyyətlilər qəzadan sonra təyyarənin alovlandığını bildirib. Qeyd olunub ki, hər iki təyyarə Cessna yüngül təyyarəsi olub. Qəza ilə bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə