Misirdə prezident seçkiləri dekabrda olacaq

Bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verib
Misirdə prezident seçkiləri dekabrda olacaq

2023-cü il dekabrın 10-12 tarixlərində Misirdə prezident seçkiləri keçiriləcək. Bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verərək deyib: “Misir hakimiyyəti seçki hüququna malik ölkə vətəndaşlarını 2023-cü il dekabrın 10-dan 12-dək ölkə ərazisində keçiriləcək prezident seçkilərində iştiraka dəvət edir. Ölkə xaricində isə seçkilər dekabrın 1-dən 3-dək təşkil olunacaq".

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2014-cü ildə hakimiyyətə gələn Əbdül Fəttah əs-Sisi 2019-cu ildə bir dəfə seçilmək məhdudiyyəti saxlanılmaqla prezidentlik müddətinin dörd ildən altı ilədək uzadılmasını nəzərdə tutan dəyişikliyi qəbul edib. Eyni zamanda, ölkə prezidentinin səlahiyyətini 2024-cü ilədək uzadan və əs-Sisiyə üçüncü dəfə dövlət başçısı seçilməyə imkan verən “keçid maddəsi” də qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə