İŞİD-in yüksək rütbəli komandiri saxlanıldı

İŞİD-in yüksək rütbəli komandiri saxlanıldı

İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandirini saxlayıb. Bu barədə SİA TASS-a istinadən xəbər verir.

“Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, -məlumatda bildirilir.

Məlumata görə, Əbu Bahari İŞİD qruplaşmasının “əcnəbi” adlandırılan batalyonuna rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə