Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevə gətirilən Amerikanın “Abrams” tanklarının hazırda Ukrayna Silahlı Qüvvələrinin rus işğalçılarına qarşı əməliyyatlarını gücləndirmək üçün hazırlandığını bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, videomüraciətində “...biz onları işğalçılara qarşı hərəkətlərimizi gücləndirmək üçün hazırlayırıq. Bu, əhəmiyyətli bir güclənmə olacaq. Biz də çox ehtiyac duyduğumuz bütün digər silah imkanlarını əldə etməyə çalışırıq” deyə bildirib.
Hazırda pilotların təlim və infrastrukturlarını davam etdirdiyini deyən Zelenski, bunu tezliklə ölkəyə gətiriləcək “F-16”lar və uzun mənzilli silahlara da aid olduğunu bildirib.
“...Biz hər şeyi edirik ki, Ukrayna öz ərazisini azad etmək üçün daha çox iş görsün”, -deyən dövlət başçısının sözlərinə görə, hava hücumundan müdafiə sistemində də belədir: “Dövlətimizin bütün ərazisini əhatə etmək üçün indi mövcud olduğundan daha çox sistemə ehtiyacımız var. Alternativ yoxdur. Ukraynanın təhlükəsizliyini təmin etmək üçün biz addım-addım istehsal edəcəyik. Bz bütün lazımi istehsal sahələrini tikəcəyik”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB