Rusiyada daha bir “ekstremist və terrorçu” həbs edilib...

Rusiyada daha bir “ekstremist və terrorçu” həbs edilib...

...18 yaşlı Arxangelsk sakini Mixail Avdoninə qarşı terror aktına cəhdə görə cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidməti onun hərbi düşərgənin ərazisindəki cəbbəxananı yandırmağa cəhd etdiyini bildirib.

Kəşfiyyat xidmətinin məlumatına görə, Avdonin sentyabrın 23-də benzin və motor yağı alıb.

Və Arxangelsk şəhərinin İsakoqorski rayonunda yerləşən 21514 saylı hərbi hissənin hərbi düşərgəsinə gələrək orada “Molotov kokteyli” hazırlayıb, sonra isə onu anbara atıb. Federal Təhlükəsizlik Xidməti iddia edir ki, onlar gənci əvvəllər də izlədikləri üçün cinayət yerində cinayət başında yaxalayıblar.

İstintaq hesab edir ki, Avdonin “Rusiya Federasiyası qüvvələrinə qarşı çıxan Ukrayna təşkilatlarının nümayəndələrinin göstərişi ilə” hərəkət edib.

Yeri gəlmişkən, bazar ertəsi o da məlum oldu ki, hərbi komissarlığın uğursuz yandırılması ilə əlaqədar sentyabr ayından istintaq təcridxanasında saxlanılan 18 yaşlı Permdəki kolleclərdən birini tələbəsi olan Kirill Zamaleev “ekstremist və terrorçu” kimi Rosfinmonitorinq siyahısına daxil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə