Sobçak Kadırovun oğlu Adəmin hərəkətindən qəzəblənib

Sobçak Kadırovun oğlu Adəmin hərəkətindən qəzəblənib

Kseniya Sobçak Quranı yandırmaqda şübhəli bilinən Volqoqrad sakini Nikita Juraveli döyən Ramzan Kadırovun oğlu Adəmin hərəkətindən qəzəblənib.

Qeyd edək ki, SİA bununla bağlı yazını bir qədər əvvəl verib.

Beləliklə, Sobçakın fikrincə, Adəm sadəcə kimsə deyil, Çeçenistan Respublikasının rəhbərinin oğlu olduğuna görə belə hərəkətlər cəzasız qalmamalıdır.

“…Bu, cəhənnəmdir. Bu, respublika rəhbəridir. Bu, ölkəmizin qanunlarına hörmətsizlikdir. Adam Kadırovun əməlləri araşdırılmalı, on(lar)a Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Bu gənc bundan qaçmamalıdır, daha nə vaxta qədər bütün Rusiyanı ələ salıb bütün hüquq-mühafizə sisteminin üzünə açıq-aşkar tüpürmək olar?

Təbii ki, Sobçakın dediyində həqiqət var.

Qeyd edək ki, Kseniya Sobçak Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə jurnalist sorğuları göndərib. O, bu işə ilk kimin başlayacağı ilə maraqlanır.

Onu da qeyd edək ki, Ramzan Kadırov özü də oğlunun qınaq obyektinə çevrildiyinə inanmır. Oğlu ilə fəxr etdiyini qeyd edən siyasətçi müsəlmanların müqəddəs kitabına qarşı təhqirin ən ağır cəzaya layiq olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə