Paşinyan ABŞ-ın dəstəyini Ermənistan üçün vacib sayır

Paşinyan ABŞ-ın dəstəyini Ermənistan üçün vacib sayır

...Ermənistanın üzləşdiyi problemlərin aradan qaldırılmasında ABŞ-ın dəstəyi vacibdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu baş nazir Nikol Paşinyan amerikalı senator Qeri Piterslə görüşündə deyib.

...Baş nazir Pitersin erməni xalqı üçün çətin vəziyyətdə olan Ermənistana səfərini yüksək qiymətləndirib və yaranmış problemlərin aradan qaldırılmasında ABŞ-ın dəstəyinin vacibliyini vurğulayıb.

Qeyd edilir ki, Paşinyan ABŞ-la sıx əməkdaşlığı, o cümlədən ölkədə demokratiyanın gücləndirilməsi çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə amerikalı senator da Peters ermənilərlə bağlı narahatlığını bildirib və ələbaxımlığa öyrəncəli xalq üçün humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl Paşinyan Rusiyanı qınamışdı.

Sentyabrın 24-də Paşinyan vətəndaşlara müraciətində bəyan edib ki, Rusiya sülhməramlıları Qarabağda ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmirlər.

Rusiya Federasiyası cavab olaraq bildirib ki, Ermənistan hələ də Rusiya Federasiyasının müttəfiqi olaraq qalır, lakin Moskva Qarabağdakı sülhməramlılara qarşı qınaqları heç vaxt qəbul etməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə