Minsk Kanadadan rəsmi şəkildə üzr istəməsini tələb edir

Minsk Kanadadan rəsmi şəkildə üzr istəməsini tələb edir

Minsk SS “Qaliçina” diviziyasının veteranının ölkə parlamentinə dəvət olunması ilə əlaqədar Kanada hakimiyyətindən rəsmi üzr istəməsini tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Mətndə faşistlərin işğalı zamanı Belarusun hər üçüncü sakininin həlak olduğu vurğulanır.

...Buna görə də, ölkə bir nasistin Kanada Parlamentinin İcmalar Palatasına dəvət edilməsindən dərin qəzəblənib və inciyib.

Bəyanatda belə qeyd edilir.

...Bəyanatda həmçinin qeyd olunur ki, minlərlə günahsız nasizm qurbanlarının xatirəsinə bu cür kinli münasibət bu hadisənin təşkilatçılarının təsəvvür etməyə çalışdığı kimi təsadüfi hadisə deyil.

Ona görə də biz Kanada rəhbərliyinin rəsmi üzr istəməsini gözləyirik.

Bunu bəyan edən Belarus Xarici İşlər Nazirliyi beynəlxalq eləcə də ictimai təşkilat, birlik və fondlardan insidentə hüquqi -mənəvi qiymət verməyə çağırıb.

Yeri gəlmişkən, “Qaliçina” 1943-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak edən ukraynalı könüllülərin cəlb edilmiş nasist Almaniyasının SS qoşunlarının taktiki quruluşu olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə