Kadırov oğlunun məhbusu döyməsinin videosunu yayıb

Kadırov oğlunun məhbusu döyməsinin videosunu yayıb

...Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandırmaqda ittiham edilərək həbs edilən Nikita Juraveli döyən azyaşlı oğlu Adamı dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Kadırovun Telegram kanalında Çeçenistan rəhbərinin oğlunun stulda oturan Juravelə hücum çəkdiyi və onu yumruqlamağa və təpikləməyə başladığı beş saniyəlik video yayımlanıb.

Sonradan Juravel yerə yıxılır və Adam onu döyməyə davam etməyə hazırlaşır ki,..video burada bitir.

Təbii ki, Juravel müqavimət göstərmir, yalnız əlləri ilə başını qorumağa çalışır.

Qeyd edək ki, videonun qapalı şəraitdə çəkildiyi, harada və nə vaxt çəkildiyi, həmçinin kimin çəkdiyi məlum deyil.

Çeçenistan hakimiyyətinin nümayəndələri bildiriblər ki, Adam Kadırov avqustun ortalarında Qroznıda istintaq təcridxanasında olan Nikita Juraveli döyüb.

Maraqlıdır ki, daha sonra Kadırovun ətrafındakı bir çox insanlar Çeçenistan rəhbərinin oğluna dəstək olublar.

Hüquq-mühafizə orqanlarının nümayəndələri kənar şəxsin istintaq təcridxanasına girib həbs edilən şəxsi niyə döyə bilməsinin səbəbini izah etmədən vəziyyətə heç bir reaksiya verməyiblər.

Yeri gəlmişkən, Ramzan Kadırov özü bu günə qədər yaşananları şərh etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə