Kreml Krımı müdafiə etməyəcək, yoxsa edə bilməyəcək?

Kreml Krımı müdafiə etməyəcək, yoxsa edə bilməyəcək?

...Vladimir Putin Krımı müdafiə etməyəcək. Sabah Ukrayna ordusu Krım torpağına ayaq basan kimi oradan evakuasiya təşkil edəcək.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə rusiyalı müxalifətçi Vyaçeslav Maltsev çıxış edib. Onun fikrincə, hazırda Putin üçün ən yaxşı variant Ukraynanın Krımı zorla almasıdır.

Rusiyalı müxalifətçiyə görə, Krım Putin üçün həmişə “qulpsuz çamadan” olub. Putinin bütün əsas problemləri də elə Krımdan başlayıb. Bu isə qapalı dairədir: ora getməsə, özünü pis hiss edəcək, getsə, bu onun üçün daha da pis olacaq.

…O, siçovul tələsinə düşüb deyən Maltsevin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Krımdakı hərbi hədəflərə son parlaq və güclü zərbələri Putinin “antediluvia texnologiyası” ilə yeni silahlara və yeni müharibə taktikalarına qarşı tamamilə iqtidarsız olduğunu nümayiş etdirir.

Putinin Ukraynanın Qərbdən aldığı yeni silahlara qarşı müqavimət göstərmək şansının olmadığını deyən rusiyalı ekspert, onun acaq bir yolu qaldığını, yəni Çinə təslim olmaq imkanı olduğunu bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə