Belqorod məhkəməsi şəhər küçələrindən birində "Z" simvolunu yandırmaqda ittiham olunan İlya Çubukovu iki ay müddətinə istintaq təcridxanasına göndərib.
O, siyasi səbəblərə görə vandalizm və partlayıcı maddələr saxlamaqda ittiham olunur.
SİA-nın əldə etdiyi məlumata görə, Çubukov həbsindən sonra ona göstərilən işgəncələrdən danışıb.
Qeyd edək ki, sentyabrın 18-də axşam saatlarında Rusiyanın Ukraynaya təcavüzünün simvolu olan iri işıqlı "Z" hərfi şəklində olan qurğu naməlum şəxs tərəfindən yandırılıb. Onu da qeyd edək ki, tez bir zamanda söndürülən qurğu elə də bir ciddi xəsarət almayıb.
Lakin rus polisi siyasi və ideoloji nifrət motivli vandalizmlə bağlı cinayət işi açıb.
...Və ertəsi gün Kalininqraddan olan 28 yaşlı Çubukov saxlanılıb. Vəkili Yevgeniya Suslovanın dediyinə görə, Çubukovu küçədə tutub başına torba taxaraq, əllərini qandallayıb maşına basıblar.
Polislərdən heç biri özünü ona təqdim etməyib və saxlanmasının səbəbini açıqlamayıb. Maşında gəzinti zamanı onu döyüb və kim olduğunu soruşublar.
Sonra onu meşəyə apardılar, orada qaz məşəli və səs tüfəngi ilə işgəncə veriblər, həmçinin onu yandıracaqları, ayaqlarımı kəsəcəkləri ilə hədələyiblər.
Saxlanılan şəxsin sözlərinə görə, ona 200-dən çox elektrik cərəyanı vurulub, 50-yə yaxın yumruq və təpik zərbələri alıb.
Hələ bundan başqa Çubukovun kirayələdiyi evdə axtarış zamanı qumbara və trotil bloku da aşkar edilib.
Qeyd edək ki, Çubukov nə "Z" hərfinin yandırılmasında, nə də partlayıcı qurğuların saxlanmasında günahını etiraf etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB