Bu tanklar yaxşı düşünülmüş əməliyyatlar üçün istifadə olunacaq
SİA-nın bir az əvvəl də qeyd etdiyi ki, Amerikanın “Abrams” modelinin ilk tankları artıq Ukraynaya gətirilib.
Bu barədə “The New York Times” Pentaqondakı mənbələrə istinadən yazır. Qəzetin mənbələri tankların sayını açıqlamır. Media qeyd edir ki, tanklar planlaşdırılandan bir neçə ay tez gətirilib və artıq hücum zamanı istifadə olunacaq.
…Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov daha əvvəl demişdi ki, “Abrams” tankları xüsusi olaraq, konkret, yaxşı düşünülmüş əməliyyatlar üçün istifadə olunacaq, əks halda bu tanklar əbəs yerə məhv olmaq riski daşıyır.
Nəşr əlavə edir ki, Ukraynanın aldığı texnika ABŞ prezidenti Cozef Baydenin vəd etdiyi 31 tank partiyasının bir hissəsi olub.
Yaxın aylarda Ukrayna bu modeldən daha çox tank alacaq.
Bunu da media xəbər verir.
Qeyd olunur ki, Ukrayna hərbçiləri avqustda bu texnikanın istismarı üzrə təlimləri başa vurub.
Sözügedən tanklar 120 mm-lik tükənmiş uran mərmiləri ilə təchiz olunub, lakin müasir zirehlərə malik olmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB