Amerikanın “Abrams” tanklarının ilk partiyası artıq Ukraynaya gətirilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski də təsdiqləyib. Amma Ukraynanın dəqiq neçə tank aldığı açıqlanmır. Ümumilikdə Pentaqon bu modelin 31 tankını, yəni bir tank batalyonunu Ukraynaya ötürmək niyyətində idi.
ABŞ-ın son hərbi yardım paketlərinə mərminin nüfuzetmə gücünü əhəmiyyətli dərəcədə artıran tükənmiş uran da daxil olmaqla, “Abrams” üçün döyüş sursatı daxildir.
Bundan əlavə, yazın sonunda ABŞ Ukrayna hərbçilərinə - həm tank ekipajlarına, həm də mexaniklərə “Abrams” üzərində işləmək üçün təlimlər keçirməyə başlamışdı.
Bu məqsədlə 31 tank da Almaniyadakı “Grafenwoehr” hərbi bazasına köçürülüb. Bildirilib ki, “Abrams”lar Ukraynaya gələnə qədər hərbi personalın hazırlığı başa çatdırılmalıdır ki, tankçılər dərhal onlardan döyüş meydanında istifadə etməyə hazır olsunlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB