Budapeşt Transkarpat macarlarına hüquqlar verənə qədər “beynəlxalq həyatda heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
...Ukrayna bir neçə ildir ki, macar məktəblərini sıxışdırır, onları Ukrayna məktəblərinə çevirmək və ya bu, alınmasa, onları bağlamaq istəyir. Macarıstan hökuməti hər beynəlxalq forumda Transkarpat macarlarının, xüsusən də uşaqların hüquqları uğrunda mübarizə aparır.
Bunu rusların “Kommersant” nəşri Orbandan sitat kimi gətirib.
Qeyd edək ki, Zakarpat macarları Ukrayna ərazisində yaşayan milli azlıqlardan biridir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas Ukrayna böhranı ilə bağlı çıxılmaz vəziyyətdən çıxış yolu ilə bağlı öz versiyasını təklif etmişdi.
Deməli, onun təklifinə görə, Ukraynanı dəstəkləyən Qərb dünyası Rusiyaya təhlükəsizlik zəmanəti verməli və eyni zamanda heç bir halda ukraynalılara NATO üzvlüyü verilməməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB