"Boko Haram"ın hücumu 10 nəfərin ölümü ilə nəticələnib

"Boko Haram"ın hücumu 10 nəfərin ölümü ilə nəticələnib

"Boko Haram" terror təşkilatının Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücum nəticəsində 10 nəfər həyatını itirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, terror təşkilatı “Boko Haram” üzvləri Borno əyalətinin Mafa bölgəsində tarla işçilərinə hücum edib.

Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə oğurlanıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram"ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə