İrəvanda hökumət əleyhinə etiraz aksiyası davam edir. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər 09:00-a olan məlumata görə, aksiyada 53 etirazçı saxlanılıb.
Saxlanılanlar polisin qanuni tələblərinə riayət etməmək maddədi ilə polis bölməsinə aparılıb.
Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB