Türkiyədə avtobus qəzası olub - 3 ölü, 22 yaralı

Türkiyədə avtobus qəzası olub - 3 ölü, 22 yaralı

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb. SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda sərnişin avtobusu xəndəyə aşıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə əməkdaşları və tibbi heyət cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə