Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon bir ay müddətinə həbs edilib. SİA xəbər verir ki, Ermənistan mediasının verdiyi məlumata görə, bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.
R.Koçaryan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin baxıldığı məhkəmə iclası doqquz saata yaxın davam edib.
Qeyd edək ki, o, “dörd polis əməkdaşını döymək” ittihamı ilə saxlanılıb. Koçaryan ittihamları rədd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB