Türkiyədən Ukraynaya gedən yük gəmisində problem yaranıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
"İzmir-Ukrayna marşrutu ilə hərəkət edən 114 metr uzunluğunda yük daşıyan ARTEY gəmisinin Çardak şəhəri yaxınlığında Çanaqqala boğazında sükanı sıradan çıxıb", - deyə idarədən bildirilib.
Kamerun bayraqlı gəmi İzmail limanına doğru gedirmiş. Onu kənara çəkmək mümkün olub, hadisə gəmilərin hərəkətində heç bir çətinlik yaratmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB