Vuçiç Kosovo polisi tərəfindən 3 serbin öldürüldüyünü bildirib

Vuçiç Kosovo polisi tərəfindən 3 serbin öldürüldüyünü bildirib

Kosovo polisi üç serbi öldürüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında bildirib.

Onun sözlərinə görə ik nəfər isə ağır yaralanıb.

"Bizdə olan məlumata görə, Kosovo və Metoxiyadan olan 3 serb öldürülüb. Onlardan ikisi snayper tüfəngindən istifadə edilərək öldürülüb. Onların qətlə yetirilməsi üçün heç bir səbəb olmayıb”, - Vuçiç bildirib.

Kosovo polisi daha əvvəl bildirmişdi ki, bölgənin şimalında keçirilən əməliyyat zamanı 3 hücumçu öldürülüb, 5 nəfər saxlanılıb.

Kosovonun baş naziri Albin Kurti maskalı silahlı şəxslərin fotoşəkillərini dərc edərək, onların Serbiya hakimiyyətinin dəstəyi ilə polisə hücum etdiyini iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə