İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ötən gün Birgə Kompleks Fəaliyyət Planının (JCPOA) avropalı iştirakçılarını Tehranı uranı silah səviyyəsində konsentrasiyaya, yəni 59 faizdən çox zənginləşdirməyə təhrik etməkdə ittiham edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Raisi CNN ilə söhbətində Tehranın ilkin olaraq konsentrasiyası 59 faizdən çox olan uran əldə etmək planları olmadığını bildirib.
...Çünki İran hakimiyyəti nüvə sazişini bağlayarkən üzərinə götürdüyü öhdəliklərə qətiyyətlə əməl edib.
...Lakin o zaman Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiya tətbiq edən ABŞ-ın ardınca getdi və nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyi dayandırdı. Ona görə də İran buna silah kimi uran əldə etməklə cavab verməli oldu.
Bununla belə, İran prezidenti qeyd edib ki, Tehran nüvə silahı istehsalı ilə məşğul olmayacağı, ancaq nüvə sazişinin avropalı iştirakçılarının pozuntularına reaksiya olaraq uranı zənginləşdirəcəyi barədə xəbərdarlıq edib.
....London, Paris və Berlin öz vəzifələrini bərpa edən kimi Tehran da eyni addımı atacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB