“Biz Ermənistanı iflic edəcəyik...”

Erməni müxalifəti itaətsizlik aksiyaları elan edir...
“Biz Ermənistanı iflic edəcəyik...”

İrəvanda etirazçılar ümumi itaətsizlik aksiyası elan ediblər. Ümumi itaətsizlyin sentyabrın 25-i səhər saat 8-də başlaması planlaşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, altıncı dəfə keçirilən mitinqdə Milli Komitənin üzvü Vazgen Manukyan deyib: "Biz şəhəri iflic edirik. Yaxın üç gündə bütün Ermənistan iflic olacaq. Bu gün hakimiyyətin yeganə dayağı polisdir”.

Maraqlıdır ki, Manukyan, etirazçıları küçələrə çıxmaqdan başqa heç bir tədbir görməyə çağırmayıb.

“Biz küçələrə çıxmalıyıq, itaətsizliyin səviyyəsini o həddə çatdırmalıyıq ki, hökumət diz çöksün”.

Bunu isə müxalifətin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bildirib.

Bazar günü Ermənistan müxalifətinin nümayəndələri Yerevanın Respublika meydanında növbəti mitinq keçirərək, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı siyasəti ilə bağlı istefasını tələb ediblər.

Xatırladaq ki, ötən həftə Azərbaycanın ildırım sürəti ilə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 30 ildən artıq mövcud olmuş “Dağlıq Qarabağ respublikası”nın Ermənistan hakimiyyəti faktiki olaraq Bakıya təslim olub.

Hazırda Qarabağın erməni icmasının Azərbaycanda reinteqrasiyası şərtləri ilə bağlı danışıqlar aparılır. Regionun bütün ərazisinin Azərbaycan hakimiyyətinin nəzarətinə keçəcəyi gözlənilir.

Ermənistanın hazırkı hakimiyyəti insidentdə dolayısı ilə Rusiya sülhməramlı kontingentini günahlandırıb, onların fikrincə, baş verənlərə müdaxilə etməyib.

Ermənistan müxalifəti Nikol Paşinyanı milli maraqlara xəyanət etməkdə və Qarabağ ermənilərinə yardım etməməkdə ittiham edir, eyni zamanda regionda etik təmizləmə təhlükəsi olduğunu bəyan edir.

İrəvanda isə mitinqlər boşuna da olsa davam edir.

Qeyd edək ki. mitinqlər zamanı polislə toqquşma baş verib. Hakimiyyət bir neçə yüz etirazçını saxlayıb, onlardan 49-u cinayət işlərində şübhəli bilinib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə