Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb

Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb

Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.

“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, – polis əməkdaşı açıqlayıb.

Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə