Sovet-Fin və İkinci Dünya Müharibəsi zamanı həlak olmuş fin əsgərlərinin xatirəsinə ucaldılmış abidə Leninqrad vilayətinin Priozersk şəhərində kilsənin yaxınlığındakı postamentdən itib.
Yerli hakimiyyət onun başına nə gəldiyini bilmədiklərini deyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fontanka yazır.
Memorial Lüteran kilsəsinin binasının yaxınlığında ucaldılmışdı.
Priozerskdən iki müharibə zamanı həlak olmuş fin əsgərlərinin adları düzbucaqlı qranit blokunun üzərində həkk olunmuşdu. 1940-cı ildə Sovet İttifaqı tərəfindən tutulmazdan əvvəl şəhər Finlandiyada yerləşirdi və “Kexholm” adlanırdı.
Bu arada Priozersk sakinləri itki ilə bağlı şəhər rəhbəri Aleksandr Soklakova məlumat veriblər, lakin administrasiyadan bildiriblər ki, onlar obyektin saxlanmasına cavabdeh deyillər və harada olduğunu bilmirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB