Türkiyənin ilk yerli və milli sürücüsüz metro vaqonları relslərdə
Türkiyənin ilk yerli və milli sürücüsüz metrosunun vaqonları Gebze-Darıca xəttində relslərə qoyuldu. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə,
Kocaelidə 15,4 kilometr uzunluğunda ikiqat xətt olaraq inşa edilən Gebze OSB (Mütəşəkkil Sənaye Bölgəsi) - Darıca Sahil Metro Xətti üçün xüsusi olaraq hazırlanmış metro vasitəsi mərasimlə relslərə buraxıldı.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin infrastruktur investisiyaları idarəsinin baş direktoru Yalçın Eyigün mərasimdəki çıxışında deyib: “Yerli sürücüsüz siqnal sistemini inkişaf etdirdik və Türkiyənin ilk yerli və milli sürücüsüz metrosunu istehsal etməyə nail olduq. Böyük daxili həcmi olan metro vasitəsi üçün 4 vaqonu birləşdirərək dəst hazırladıq. Sayı 7 dəst olacaq.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB