Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Çinin cənub-qərbindəki Quizhou əyalətində mədəndə baş verən yanğın 16 nəfərin həyatına son qoyub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Pançjou şəhəri yaxınlığındakı Şanzyaoşu kömür mədənində yerli vaxtla təxminən 08:00-da olub. İlkin məlumata görə, yanğın konveyerdə baş verib və 16 işçi ölüb.

Yanğınsöndürənlər yanğını söndürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə