Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid" əməliyyatı çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
TSQ gələcəkdə sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə İraqın şimalındakı Hakurkdan başladığı "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin-Basyan ilə əməliyyat sahəsi genişləndirilib.
Terrorçular Zap istiqamətinə qaçdıqdan sonra Mehmetçik 17 aprel 2022-ci ildə sözügedən bölgəyə qarşı "Pəncə-Kilid" əməliyyatı həyata keçirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın suveren hüquqlarına və ərazi bütövlüyünə hörmətlə həyata keçirilən əməliyyat çərçivəsində indiyədək 605 terrorçu zərərsizləşdirilib.
Terror təşkilatının istifadə etdiyi 670 mağara və sığınacaq yararsız hala salınıb.
Komandolar çoxlu sayda müxtəlif ölçülü silah-sursat ələ keçirib, bölgədə terrorçuların sıxışdırdığı mina və əl istehsalı partlayıcılar məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB