Yəmənin cənub-qərbində avtomobilin partladılması nəticəsində azı 4 əsgər həlak olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şəbva əyalətində baş verib. Dörd hərbçinin olduğu təcili yardım maşını partladılıb.
“Sky News – Arabia”nın xəbərinə görə, partlayış təcili yardıma deyil, hərbi maşına yönəlib. Hücum zamanı 3 əsgər də yaralanıb. Telekanal partlayışın arxasında “Əl-Qaidə” terror qruplaşmasının ola biləcəyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB