Putin İvan Qroznıy, Rurik, Lenin və I Pyotrla eyni sıraya qoyulur
Bu arada İrkutsk, Novosibirsk və...ümumiyyətlə Rusiyanın 30-dan çox başqa şəhər universitetləri “Rusiya dövlətçiliyinin əsasları” fənni üzrə məcburi sınaq imtahanı keçirəcəklər ki, bunu da hakimiyyət məcburi universitet proqramlarına daxil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məlumatı İrkutsk Blogu universitetlərdən birində alınan daxili sənədə keçidlə dərc edir.
Sentyabrın sonuna qədər birinci kurs tələbələri guya heç bir yanlış cavabı olmayan bir sıra suallara cavab verməli olacaqlar. Müəlliflərin fikrincə, “Rusiya dövlətçiliyinin əsasları” fənninin tədrisinin inkişafı üçün sınaqdan keçmək lazımdır.
Qeyd edək ki, suallardan biri tələbələrdən “müasir Rusiyanın məşhur nümayəndələrini” seçməyi xahiş edir.
Təklif edilən cavablar arasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın baş naziri Viktor Orban, Özbəkistanın rəhbəri Şavkat Mirziyoyev (testdə onun adı səhv yazılıb), “Wildberries” şirkətinin baş direktoru Tatyana Bakalçuk və Milli Qvardiyanın üzvü Maqomed Nurbaqandov var.
Dövlət məmurlarının ölkənin inkişafına töhfəsi ilə bağlı başqa bir sualda müəlliflər Vladimir Putini İvan Qroznıy, Rurik (Novqorod şahzadəsi), Vladimir Lenin və I Pyotrla bir sıraya qoyurlar.
Qeyd edək ki, 2023-cü il yanvarın sonunda Rusiya prezidenti Vladimir Putin Təhsil və Elm Nazirliyinə “Rusiya dövlətçiliyinin əsasları” kursu üçün proqram hazırlayıb universitet proqramlarına daxil etməyi tapşırıb. Yeni mövzunun işlənməsini prezident administrasiyası, Təhsil və Elm Nazirliyinin iştirakı ilə Rusiyanın DNT layihəsi həyata keçirir.
Yeri gəlmşkən, kursun beş hissədən ibarət olacağı planlaşdırılır: “Rusiya nədir”, “Rus dövləti-sivilizasiyası”, “Rus dünyagörüşü və rus sivilizasiyasının dəyərləri”, “Rusiyanın siyasi quruluşu” və “Gələcəyin çağırışları və ölkənin inkişafı”. Bu tədris ilində humanitar universitetlərdə “Rusiya dövlətçiliyinin əsasları” kursu yaranıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB