Belə görünür ki, Zatulin də nəyi isə qanırmış, amma çətin ki...
Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin hesab edir ki, Paşinyanın bəyanatlarında Ermənistanın KTMT-dən çıxa biləcəyinə işarə etmək olar.
Deyim ki, burada Zatulinə bir rus “molodes”i düşür. Deməli, ona da nəyi isə qandırmaq ettimalı var. Nə isə...
Deməli, Zatulinin sözlərinə görə, bir azdan erməni baş nazir Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının çıxarılmasında israr edəcək.
“...Bir müddət sonra sabah nə olacağından əmin deyiləm, amma biz nəhayət KTMT-dən çıxmaq və Rusiya bazasının Gümrüdən çıxarılması çağırışlarını eşidəcəyik”.
Qeyd edim ki, bu etiraf həmişə ermənilərə yarınan, nə bilim, bəlkə də maddi marağı üçün yalmanan Konstantin Zatulindən gəlib.
Yeri gəlmişkən, bazar günü, sentyabrın 24-də Nikol Paşinyan ermənilərə müraciət edərək İrəvanda yerləşən təhlükəsizlik strukturlarının səmərəsizliyi 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında baş verən hadisələrdən sonra özünü büruzə verdiyini deyib.
Deyim ki, SİA bu barədə rus saytlarına istinad edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB