Türkiyədə sərnişin avtobusu dərəyə aşıb

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var.

SİA "Haber Global"a istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq vəfat edib.

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə