Lavrov ABŞ-ı yeni hərbi ittifaqlar yaratmaqda ittiham edib

Lavrov ABŞ-ı yeni hərbi ittifaqlar yaratmaqda ittiham edib

...Hazırda Şərqdə yeni düşmən ittifaqlarının yaradılması prosesinə ABŞ rəhbərlik edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında ümumi siyasi debatlar zamanı Vaşinqtonu bunda ittiham edib.

Nazirin sözlərinə görə, Ağ Ev öz nəzarəti altında AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ), ABŞ-Yaponiya-Koreya “üçlüyü”, Tokio - Seul - Kanberra - Vellinqtonun “dördü” kimi hərbi-siyasi mini-alyanslar yaradır.

Lavrov bildirib ki, ABŞ bu yolla iştirakçıları NATO ilə praktiki əməkdaşlığa cəlb edir və Sakit okean teatrında öz infrastrukturunu həyata keçirirlər.

Xatırladaq ki, Lavrov daha əvvəl çıxışında bildirib ki, Rusiya Səudiyyə Ərəbistanının İranın nüvə silahı ilə bağlı açıqlamalarını fakt kimi qiymətləndirir

Bununla yanaşı o, dünyada heç kimin yeni nüvə ölkələrinin meydana gəlməsini istəmədiyini də bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə