Ukrayna müdafiəçiləri Tavriya istiqamətində Rusiya ordusunun 70 hərbçisini zərərsizləşdirib. Bu barədə SİA Ukrayna mətbuatına istinadən xəbər verir.
“Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və sursatını da sıradan çıxarıb.
Onun sözlərinə görə, gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 atəş açıb, 1 raket və 17 hava zərbəsi endirib. Eyni zamanda, bu istiqamətdə Ukrayna artilleriya bölmələri gün ərzində 1 116 atəş missiyasını yerinə yetirib.
Son gün ərzində Rusiya ordusunun 154 hərbçisi yaralanıb. Bundan əlavə, bir hərbçi Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB